ASELFLIR-500-də kütləvi istehsal başlayıb

2024/03/2024--3418565310.jpg
Oxunub: 135     13:31     01 Mart 2024    
Pilotsuz Uçuş Aparatları (PUA), helikopterlər və təyyarələr də daxil olmaqla sabit qanadlı və kvadrokopter tipli hava platformaları üçün hazırlanmış ASELFLIR-500-ün kütləvi istehsalına başlanılıb.

Ordu.az xəbər verir ki, müvafiq inkişaf Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) dərc etdiyi 2023 Fəaliyyət Hesabatına daxil edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IDEF2023-ə səfəri zamanı ASELSAN tərəfindən inkişaf etdirilən və istehsal edilən ASELFLIR-500 elektro-optik sisteminin 2024-cü ilin fevral ayından etibarən kütləvi istehsalına başlamasının planlaşdırıldığını açıqlayıb.

Suriyada terror dəhlizinin yaranmasının qarşısını almaq üçün 2019-cu ildə başladılan “Sülh çeşməsi” əməliyyatından sonra Kanadanın Türkiyəyə elektro-optik sistemlərlə bağlı embarqosu ASELFLIR-500 və CATS kimi yerli elektro-optik sistemlərin istehsalına səbəb olub.

PUA sistemlərinə tətbiq edilən kamera embarqosu ilə ASELSAN elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemləri ilə bağlı işlərini sürətləndirib, bu prosesdə Türkiyə Silahlı Qüvvələri və müttəfiq ölkələrə bir çox məhsul təklif edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELFLIR-500   Türkiyə  


Bizi "telegram"da izləyin