Türkiyənin ilk 2 AESA radarı “Akıncı” PUA-sı və F-16-lara inteqrasiya sınaqları üçün müvafiq şirkətlərə təhvil verilib

2024/03/2024--1709282545.jpg
Oxunub: 150     13:10     01 Mart 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) 2023-cü il üzrə İllik Fəaliyyət Hesabatını dərc edib.

Ordu.az xəbər verir ki, hesabata görə, yerli istehsal olan “Murad” AESA Radarının ilk tədarükləri həyata keçirilib.

Bu çərçivədə ilk 2 AESA Burun Radarı “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) və F-16-lara inteqrasiya sınaqları üçün müvafiq şirkətlərə təhvil verilib.

Qeyd edək ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol 4-8 fevral 2024-cü il tarixləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ikinci dəfə təşkil edilən “World Defense Show” (WDS) sərgisi çərçivəsində jurnalistlərə xüsusi açıqlamalar verib.

Bu çərçivədə Akyol “Akıncı” PUA-sına inteqrasiya olunmuş “Murad” AESA Radarı ilə ilk uçuşun həyata keçiriləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   AESA   Akıncı   PUA  


Bizi "telegram"da izləyin