Almaniya Latviyaya döyüş təyyarələri yerləşdirir

2024/03/2024--1709290747.jpg
Oxunub: 141     14:23     01 Mart 2024    
Almaniya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 5 ədəd “Eurofighter” təyyarəsi NATO-nun Hava Polisi missiyasına dəstək olaraq Latviyadakı “Lielvarde” aviabazasına yerləşdirilib.

Ordu.az xəbər verir ki, NATO-nun “Lielvarde” aviabazasından Baltik Hava Polisi missiyası üçün ilk dəfə istifadə etməsi və Almaniyanın bu kritik missiya üçün önləmə təyyarələri təqdim etməsi tarixi bir məqamdır.

Almaniyalı polkovnik-leytenant Sven Yakob NATO-nun “Lielvarde”dən Baltik Hava Polisi missiyası üçün istifadəsinin vacibliyini vurğulayıb və missiyanın başlamasını gözlədiklərini bildirib.

O, həmçinin bazanın hazırlanmasında çoxmillətli əməkdaşlığı vurğulayıb və çətin Baltik qışı şəraitində Latviya komandasının müstəsna dəstəyini, Estoniyanın töhfələrini yüksək qiymətləndirib.

“Almaniya HHQ-nin aparıcı bölmələri, Latviyanın Lielvardedəki komandası və Estoniyanın töhfələri ilə birlikdə sərt Baltik qışı şəraitində reaktiv təyyarələrin gəlməsi üçün baza hazırlayıblar. Bu, NATO üçün həqiqətən də mühüm yerləşdirmədir”, - deyə almaniyalı polkovnik-leytenant bildirib.

Qeyd edək ki, Estoniyadakı “Ämari” aviabazasında davam edən uçuş-enmə zolağı işləri ilə əlaqədar NATO missiyası müvəqqəti olaraq Latviyaya köçürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Latviya  


Bizi "telegram"da izləyin