Kadri Simson: Azərbaycan Aİ-nin sınanmış enerji tərəfdaşıdır

2024/03/1709280725.jpg
Oxunub: 82     12:11     01 Mart 2024    
Azərbaycan enerji sektorunda Avropa İttifaqının sınanmış tərəfdaşıdır və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Ordu.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Onun sözlərinə görə, daha da aydın olur ki, Avropa Rusiya ilə bundan əvvəlki ənənəvi münasibətlərə qayıtmayacaq: “İndi bu məkan sadiq tərəfdaşlardan ibarətdir”.

“Mən bura ilk dəfə 2022-ci ildə gəlmişəm, o vaxt münasibətlərimizin potensialını ən yaxşı şəkildə necə reallaşdıracağımızı müzakirə etdik. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqli hazırda 2021-ci illə müqayisədə 46 faiz çoxdur. Dediyim kimi, Azərbaycan həqiqətən də Avropa oyunçusuna çevrilir, buna görə də biz bu birgə təchizat sistemini genişləndirməyə çalışırıq”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan    


Bizi "telegram"da izləyin