ABŞ-nin illik silah satışı 238 milyard dollara çatıb

2024/03/1709283384.jpg
Oxunub: 140     12:44     01 Mart 2024    
Rusiya ilə Ukrayna arasındakı gərginliyi üstünlüyə çevirən ABŞ-nin qlobal silah satışı ötən il əhəmiyyətli dərəcədə artaraq, ümumilikdə 238 milyard dollara çatıb.

Ordu.az xəbər verir ki, 2023-cü ildə ABŞ-nin xarici ölkələrə silah satışı diqqətəlayiq səviyyəyə çatıb.

Xarici İşlər Nazirliyinin oktyabr ayında başa çatan maliyyə ili üçün hökumətə hazırladığı hesabatda ABŞ hökumətinin ötən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.

ABŞ müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, ötən il ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.

Müdafiə potensialını genişləndirməyə çalışan Ukraynanın qonşusu Polşa ABŞ-dən ən böyük silah alan ölkələrdən birinə çevrilib.

12 milyard dollar dəyərində “Apache” helikopterləri alan Polşa HIMARS Yaylım Atəşli Reaktiv Sistemi (YARS) üçün 10 milyard dollar, M1A1 “Abrams” tankları üçün isə 3,75 milyard dollar ödəyib.

Polşa həmçinin inteqrasiya olunmuş hava və raketdən müdafiə döyüş sistemlərinə 4 milyard dollar xərcləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin