Britaniya Ukraynaya artilleriya sursatları verməyə hazırlaşır

2024/03/1709279853.jpg
Oxunub: 188     12:20     01 Mart 2024    
Britaniya Ukraynanın təcili ehtiyac duyduğu artilleriya sursatını tədarük etmək və tədarük zəncirlərini canlandırmaq üçün 245 milyon funt-sterlinqlik yeni büdcə ayırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökuməti açıqlama yayıb.

Qeyd olunur ki, 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra Britaniya on ildir Ukrayna Silahlı Qüvvələrinə beynəlxalq dəstək verir.

Bildirilir ki, Britaniya 2015-ci ildən bu yana Ukraynada 60 mindən çox hərbi qulluqçuya təlim keçib və 2022-ci ildən bu yana təxminən 12 milyard funt-sterlinq iqtisadi, humanitar və hərbi yardım göstərib.

Britaniya Müdafiə Nazirliyi bu yaxınlarda Ukraynaya daha 200 “Brimstone” tank əleyhinə raketinin çatdırıldığını təsdiqləyib və Ukraynaya verilən “Brimstone”ların ümumi sayını 1300-dən çox rəqəmə çatdırdığını açıqlayıb.

Britaniya həm də Ukraynaya “Challenger 2” tankları və “Storm Shadow” uzun mənzilli dəqiq hücum raketləri verəcəyini elan edən ilk ölkə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya.Ukrayna   Silah  


Bizi "telegram"da izləyin