“168.am”: Mövcud beynəlxalq hüquqi öhdəlikləri rəhbər tutmaq Putinin həbsini nəzərdə tutur, ya yox?

2024/03/1709279651.jpg
Oxunub: 118     15:50     01 Mart 2024    
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl Rusiya Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmaqla bağlı erməni tərəfdaşlarından müəyyən təminatlara ehtiyac duyur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr Ermənistanın daxili işlər naziri, general-mayor Vahe Qazaryana müraciət edib.

“Müraciətimizdə aşağıdakı sualları vermişik: Putin Ermənistana gələndə nə edəcəksiniz? Əgər qoşulduğunuz BCM-in tələbi ilə razılaşsanız, Rusiya Federasiyasının Prezidentini həbs edəcəksiniz? Putinin həbsini və BCM-ə ekstradisiyasını hansı struktur həyata keçirəcək? Yazılı sorğumuza cavab olaraq Daxili İşlər Nazirliyi həm nala, həm də mıxa vurub, hakimiyyətin birinci dərəcəli danışanı Paşinyan kimi birbaşa cavab verməkdən imtina edib. Vahe Qazaryan sualımıza cavab olaraq qeyd edib: “Daxili İşlər Nazirliyinin polisi Ermənistanın milli və beynəlxalq qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları rəhbər tutacaq”. Aydındır ki, Daxili İşlər Nazirliyi qeyd olunan qaydaları rəhbər tutmağa borcludur, lakin Vahe Qazaryana ünvanladığımız yazılı sorğuya cavab olaraq bu sual açıq qalır: Mövcud beynəlxalq hüquqi öhdəlikləri rəhbər tutmaq Putinin həbsini nəzərdə tutur, ya yox?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Putin  


Bizi "telegram"da izləyin