Erməni ekspert: “Ermənistan hakimiyyəti iki geosiyasi mərkəz arasında manevr edir, bir gün onun qarşısına “ya-ya da” tələbi qoyulacaq”

2024/03/1709279469.jpg
Oxunub: 136     15:13     01 Mart 2024    
“KTMT-nin nizamnaməsinin 11-ci maddəsində göstərilir ki, hər hansı dövlət təşkilatdan çıxmaq istəyirsə, bu barədə 6 ay əvvəldən xəbərdar etməlidir”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq əlaqələr və diplomatiya kafedrasının dosenti, erməni ekspert Qriqor Balasanyan deyib.

Onun sözlərinə görə, 6 aydan sonra ərizə geri götürülməzsə, o zaman müraciət edən ölkə KTMT-ni tərk etmiş sayılır.

“Ancaq nizamnamədə münasibətlərin dondurulması ilə bağlı heç bir bənd yoxdur. Hüquqi baxımdan üzvlüyün dondurulması üçün belə bir prosedur yoxdur: ya təşkilatın üzvüdür, ya da üzvü deyil. Belə təəssürat var ki, Paşinyanın Mur və Şolts ilə görüşündən sonra Ermənistanın KTMT-dən çıxması ilə bağlı tələb irəli sürülüb”, - deyə Balasanyan qeyd edib.

Erməni ekspert bildirib ki, Ermənistan hakimiyyəti iki geosiyasi mərkəz arasında manevr edir, bir gün onun qarşısına “ya-ya da” tələbi qoyulacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin