“Berlin danışıqları Vaşinqtonun təşəbbüsü ilə başlayan dörd günlük danışıqlar kimi ciddi nəticələrə gətirib çıxarmayacaq” - Andrey Areşev

2024/03/1709279356.jpg
Oxunub: 142     14:58     01 Mart 2024    
“Nazirlər səviyyəsində danışıqların bu formatı ötən il Vaşinqtonun təşəbbüsü ilə keçirilən dörd günlük danışıqlara bənzəyir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi analitik Andrey Areşev deyib.

Onun sözlərinə görə, bu danışıqlar zamanı tərəflər bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər, lakin həm Vaşinqtonun, həm də tərəflərin gözlədiyi kimi irəliləyiş qeydə alınmayıb.

“Belə görünürdü ki, Vaşinqton 4 gün ərzində belə bir görüş təşkil edərsə, o zaman sülh müqaviləsi yerindəcə imzalanmalıdır. Lakin bu, tərəflərin dialoqunun plana uyğun getmədiyini və gözlənilən nəticəni vermədiyini göstərdi. Bu dəfə də Berlin oxşar cəhd edir. Yeri gəlmişkən, bu, ayrıca vasitəçilik təşəbbüsü kimi görünür, Almaniya tərəflər üçün müvəqqəti platforma deyil, platformaya çevrilməyi gözləyir. Bu, Bakı üçün məqbul bir həll kimi görünür, çünki Azərbaycan hakimiyyəti Parisi, Brüsseli və Vaşinqtonu rədd edir, İrəvan üçün də məqbuldur, çünki danışıqlar nəticə etibarilə İrəvanın qarşı olduğu Rusiyada deyil, Qərbdə aparılır”, - deyə Areşev bildirib.

Areşev vurğulayıb ki, Berlin danışıqları Vaşinqtonun təşəbbüsü ilə başlayan dörd günlük danışıqlar kimi ciddi nəticələrə gətirib çıxarmayacaq.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Berlin-danışıqları   Vaşinqton  


Bizi "telegram"da izləyin