“Hakimiyyət tərəfindən təklif olunan konstitusiya üzrə referendumun keçirilməsinə icazə vermək olmaz” - Manukyan

2024/03/16074-1709276483.jpg
Oxunub: 113     13:40     01 Mart 2024    
“Heç kim Ermənistana müstəqillik bəyannaməsi ilə bağlı iddialar təqdim etməyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, erməni siyasi xadim Vazgen Manukyan deyib.

Erməni siyasi xadim qeyd edib ki, bu cür sənədlərdə hər bir xalq öz məqsədlərini özü müəyyənləşdirir və erməni xalqı da bəyannamədə BMT Nizamnaməsinin müddəalarına istinad edərək bunu edib.

“Bəyannamə bizim Türkiyə ilə münasuibətləri inkişaf etdirməyimizə, diplomatik əlaqələr qurmağımıza, hətta danışıqlar aparmağımıza mane olmayıb, heç vaxt başqa ölkələrlə münasibətlərə mane olmayıb və heç kim bununla bağlı tələb irəli sürməyib”, - deyə o bildirib.

Manukyan vurğulayıb ki, Ermənistan hakimiyyəti tərəfindən təklif olunan konstitusiya üzrə referendumun keçirilməsinə icazə vermək olmaz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin