Erməni deputat: “5908 hərbi qulluqçuadan 2957-nin maaşı artırılmayıb, qeyri-qənaətbəxş qiymət alıblar”

2024/03/1709276380.jpg
Oxunub: 99     13:17     01 Mart 2024    
“Silahlı qüvvələrdə hərbi qulluqçuların maaşının yalnız attestasiya yolu ilə artırılması cəhdləri sistemli həll yolu deyil, bu mənada üzərində işlədiyimiz baza maaşının dəyişdirilməsi məsələsini vacib hesab edirik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan deyib.

O, artıq il yarımdır ki, hərbi qulluqçuların attestasiyası ilə bağlı qərarın müzakirə olunduğunu, attestasiya ilə əmək haqqının artırıldığını qeyd edib.

“İndiyədək attestasiyada 5908 hərbi qulluqçu iştirak edib. Hökumət hərbi qulluqçuların maaşlarının artdığı görüntüsü yaradır. 5908 hərbi qulluqçuadan 2957-nin maaşı artırılmayıb, qeyri-qənaətbəxş qiymət alıblar. Pis hərbi qulluqçu deyillər, bilikləri azdır, başqa min cür səbəblər var”, - deyə Manukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin