Erməni deputat: “Ordu elə vəziyyətdədir ki, çoxlu sayda hərbi qulluqçu döyüş hazırlığı və atəş hazırlığından qeyri-qənaətbəxş qiymət alır”

2024/03/1709276304.jpg
Oxunub: 129     12:56     01 Mart 2024    
“Əslində çoxlu sayda hərbçinin attestasiyadan keçməməsi, qənaətbəxş nəticə almaması çox pisdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın üzvü Vahaqn Aleksanyan deyib.

Onun sözlərinə görə, əslində məlum olur ki, erməni hərbi qulluqçuların bəziləri ya fiziki hazırlıqdan, ya atəş hazırlığından, ya da peşə suallarından keçə bilməyiblər.

“Biz indi problem qoyub deyirik: əziz hərbi qulluqçular, hazır olun, məşq edin, bir neçə şeyi çox öyrənin. Elə etmək lazımdır ki, həm ordu döyüşə hazır olsun, həm də normal maaş alsınlar. Elə deyil ki, maaşı qaldırasan və ordu avtomatik olaraq döyüşə hazır vəziyyətə düşə. Ordu elə vəziyyətdədir ki, çoxlu sayda hərbi qulluqçu döyüş hazırlığı və atəş hazırlığından qeyri-qənaətbəxş qiymət alır”, - deyə Aleksanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin