Radikal erməni din xadimi: “Biz şərəfsizlik, talan edilmiş sevinc şəraitində yaşayırıq, Qarabağ əldən çıxdı”

2024/03/Bagra-1709282394.jpg
Oxunub: 195     12:30     01 Mart 2024    
“Tərcümeyi-halımızın böyük hissəsi qarət olunub, onların gələcəyimizi qarət etmələrinə imkan verməməliyik”.

Ordu.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Tavus yeparxiyasının rəhbəri, radikal erməni din xadimi Baqrat Qalstyan deyib.

“Biz şərəfsizlik, talan edilmiş sevinc şəraitində yaşayırıq. Qarabağ əldən çıxdı, minlərlə oğullarımızın qanı töküldü, “hərbi-siyasi rəhbərlik və xalqımızın övladları” rəqibin həbsxanasındadır, rəqib gündəmi diktə edir”, - deyə o qeyd edib.

Radikal erməni din xadimi bildirib ki, hər kəs öz ölməzliyi haqqında düşünməlidir.

“Bir gün hamımız öləcəyik və bu belədir. Başqa heç nə verilmir. Ölümsüzlük yolunda duranlar qalib gələcək. Tərcümeyi-halımızın böyük hissəsi qarət olunub, onların gələcəyimizi qarət etmələrinə imkan verməməliyik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Kilsə  


Bizi "telegram"da izləyin