Erməni deputat: “Gorusda da Qarabağdakı sülhməramlı qoşunun təhlükəsizliyini təmin etməli olan yerləşdirmə olub”

2024/03/15111-1709276115.jpg
Oxunub: 153     12:14     01 Mart 2024    
“Yəqin unutmusunuz ki, 2020-ci ildə 44 günlük müharibə olub, ondan sonra sülhməramlı qoşunlar Qarabağ ərazisinə daxil olub, ondan sonra müəyyən Rusiya kontingentinin təhlükəsizlik məsələlərini həll etmək üçün Zəngəzur bölgəsinə hərəkətləri olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan deyib.

Onun sözərinə görə, qeyd olunan müəyyən Rusiya kontingenti Rusiya sərhəd qoşunlarının nümayəndələridir.

“2021-ci ildə yaranmış vəziyyətə görə onlar sırf təhlükəsizlik problemlərini həll etmək üçün oraya yerləşdiriliblər. O zaman belə olmalı idi. Gorusda da Qarabağdakı sülhməramlı qoşunun təhlükəsizliyini təmin etməli olan yerləşdirmə olub”, - deyə erməni deputat bildirib.

Xaçatryan vurğulayıb ki, araşdırmalar Ermənistan Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə birgə aparılacaq.

“Bütün hüquqi məsələlər öyrəniləcək: kimin nə öhdəliyi var, harada ola bilər və bütün bunlar harada bitir”, - deyə erməni deputat əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gorus   Qarabağ  


Bizi "telegram"da izləyin