Erməni ictimai-siyasi xadim: “2020-ci il müharibəsindən sonra 3 il ərzində ordudakı problemlər və boşluqlar aradan qaldırılmayıb”

2019/03/45645-1552375054.jpg
Oxunub: 106     11:58     01 Mart 2024    
“2020-ci il müharibəsindən sonra 3 il ərzində ordudakı problemlər və boşluqlar aradan qaldırılmayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim, “Hayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

Onun sözlərinə görə, problemlər nəinki aradan qaldırılmayıb, əksinə daha da dərinləşib, təmas xəttinin dəyişdirilməsi və Azərbaycanın uzun mənzilli silahlar alması ilə vəziyyət daha da mürəkkəbləşib.

“İmkanları müqayisə edəndə başa düşürsən ki, fərq o qədər də böyük deyil və əks-hücum mümkündür. Amma bizə deyirlər ki, qalib gəlmək mümkün deyil və biz rəqibin bütün tələblərini yerinə yetirməliyik, konstitusiyanı dəyişməliyik və s.”, - deyə Çalabyan qeyd edib.

Çalabyan bildirib ki, Ermənistana təkcə müasir ordu deyil, həm də yüksək keyfiyyətli ehtiyat və şəxsi hərbi sənaye lazımdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin