Erməni siyasi xadim: “Paşinyan deyir ki, rəqib kimi Türkiyə ilə Azərbaycan azdır, qoy Rusiya da rəqibimiz olsun”

2021/05/56655-1621580850.jpg
Oxunub: 155     11:38     01 Mart 2024    
“Əgər Ermənistan KTMT ilə bağlı Rusiya ilə qarşıdurmanı davam etdirsə, Rusiya Ermənistanı orada cəzalandırmaq üçün həmin qarşıdurmanı iqtisadi sahəyə keçirəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Erməni Milli Konqresi” partiyasının üzvü Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, Ermənistanda qaz bahalaşacaq, AES-ə yanacaq verilməyəcək, hər şey dayanacaq.

“Çünki dünyanın ən anti-Rusiya mövqeyində olan bir ölkəni qidalandırmağın nə mənası var? Paşinyan deyir ki, rəqib kimi Türkiyə ilə Azərbaycan azdır, qoy Rusiya da rəqibimiz olsun”, - deyə Baqratyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin