“Paşinyanın “Sülh kəsişməsi” regional müharibəyə gətirib çıxarır” - Babayan

2023/11/df7af-1701327318.jpg
Oxunub: 146     11:19     01 Mart 2024    
“Paşinyanın “Sülh kəsişməsi” regional müharibəyə gətirib çıxarır”.

Ordu.az xəbər verir ki, ləğv edilmiş qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan deyib.

Onun sözlərinə görə, müharibədən qaçmağın və regional proqramlardan kənarda qalmamağın iki yolu var və Ermənistan hansı yolla gedəcəyinə qərar verməlidir.

“Birincisi, Ermənistan Azərbaycana Mehri vasitəsilə Naxçıvanla əlaqə yaratmaq üçün magistral yol verir, eyni zamanda bu yolda Ermənistanın suverenliyini qoruyur. Amma bu halda İrəvanın İranla problemi olacaq. Tehran həmin magistralın verilməsinin əleyhinədir, çünki bu halda Azərbaycan üzərində təsirini itirəcək. Bu gün Azərbaycan İran vasitəsilə Naxçıvanla əlaqə yaradır”, - deyə Babayan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sülh-kəsişməsi  


Bizi "telegram"da izləyin