Separatçılar dindirilmək üçün bir-bir Ermənistan İstintaq Komitəsinə dəvət olunur

2024/03/timth-1709275828.jpg
Oxunub: 161     10:59     01 Mart 2024    
“Qarabağ deputatları” (ləğv edilmiş qondarma qurumun “nümayəndələri”-red.) dindirilmək üçün bir-bir İstintaq Komitəsinə dəvət olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

“Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Qarabağ parlamentariləri”nə Qarabağda baş verən son hadisələr, xüsusən də Azərbaycan tərəfindən həbs edilmiş “keçmiş rəhbər” Arayik Harutyunyanın “istefa verməsi”nin səbəblərini soruşurlar. Bizə deyilənə görə, indiyədək “hakim qanadın deputatları”, Arayik Harutyunyanın “azad vətən – kdm fraksiyasının deputatları” dindirilib. Bizimlə söhbətində “azad vətən – kdm fraksiyasının deputatı” Aram Harutyunyan bildirib ki, o çağrılmayıb və komanda yoldaşları haqqında belə bir məlumatı yoxdur. “Bəlkə çağırıblar, bilmirəm, amma məni dindirməyə çağırmayıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq   Separatçı  


Bizi "telegram"da izləyin