Tayvan ilk yerli istehsal sualtı qayığını sınaqdan keçirib

2024/03/2024--1709271686.jpg
Oxunub: 179     22:40     03 Mart 2024    
Tayvan administrasiyası “Narwhal” adlı öz “müdafiə tipli” sualtı qayığını ilk dəfə suda sınaqdan keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının Beynəlxalq Gəmiqayırma Şirkəti “Narwhal” ın liman qəbulu sınaqlarının son mərhələsinə daxil olduğunu açıqlayıb.

Şirkət rəsmiləri bildiriblər ki, 7 saatdan çox davam edən sınaq Kaohsiunq şəhərindəki limanda aparılıb.

Qeyd edək ki, ötən il “Narwhal”ın rəsmi təqdimat mərasimindəki çıxışında Tayvan administrasiyasının rəhbəri Tsai İnq-ven yerli istehsal olan sualtı qayığın “dəniz donanmasının asimmetrik döyüş qabiliyyəti üçün kritik əhəmiyyət daşıdığını” vurğulayıb və bunun Tayvanın “müdafiə muxtariyyətinə” töhfə verəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Sualtı-qayıq  


Bizi "telegram"da izləyin