ABŞ ordusu M-SHORAD sistemlərini Şərqi Avropaya yerləşdirir

2024/03/m-sho-1709271554.jpg
Oxunub: 196     17:38     01 Mart 2024    
ABŞ-nin qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə təchiz edilmiş “Alfa” Batareyası Şərqi Avropada yerləşdirilir.

Ordu.az xəbər verir ki, 2020-ci ildə ABŞ ordusu qısa mənzilli HHM sistemindəki çatışmazlıqlara görə “General Dynamics” və “Interim Maneuver” şirkətləri ilə 1,2 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Müqavilə çərçivəsində M-SHORAD kimi tanınan mobil qısa mənzilli HHM sistemləri hazırlanıb.

Razılaşmadan təxminən bir il sonra ABŞ 10-cu Ordu Hava və Raket Hücumundan Müdafiə Komandanlığının alt bölməsi olan 5-ci Tabor, 4-cü Hava Hücumundan Müdafiə Artilleriya Alayı (5-4 ADA) M-SHORAD sistemini qəbul edib.

Son məlumatlara görə, kapitan Maykl Arçerin komandanlığı altında “Alfa” Batareyası Polşa, Slovakiya və Rumıniya ərazisində əməliyyat yerləşdirməsini böyük ölçüdə başa çatdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   M-SHORAD  


Bizi "telegram"da izləyin