“5800 hərbi qulluqçudan neçəsinin əməkhaqqısının artırıldığı gizlədilib” - Abrahamyan

2024/03/1709271275.jpg
Oxunub: 149     17:56     01 Mart 2024    
“2023-cü ildə Ermənistanın hökumət proqramının (2021-2026) icra prosesi və nəticələrinə dair hesabatda Silahlı Qüvvələrdə 5800 hərbi qulluqçunun sertifikatlaşdırma prosesində iştirak etdiyi bildirilir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hesabatda qeyd edilir ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən, hərbi qulluqçuların ümumi pul kompensasiyası 205-470 min dram artırılacaq, nəticədə ümumi pul kompensasiyası bəzi hallarda demək olar iki dəfə artacaq.

“Hökumət aşkar saxtakarlığa yol verməsəydi, bəlkə də hər şey müsbət görünər və ya sevincə səbəb olardı. Hesabat elə tərtib olunub ki, 5800 hərbi qulluqçu sertifikatlaşdırmadan uğurla keçərək, əlavə olaraq 205-470 min məbləğində vəsait alması təəssüratı yaradır. Sertifikatlaşdırma iştirakçılarının neçə faizinin müsbət nəticə aldığı və həmin 5800 hərbi qulluqçudan neçəsinin əməkhaqqısının artırıldığı gizlədilib. Bunu ona görə yazıram ki, bir ay əvvəl Müdafiə Nazirliyinə müraciət etmişəm və rəqəmləri bilirəm, sadəcə o rəqəmlər məxfi yazıda göstərilib və mənim onları dərc etməyə haqqım yoxdur. Hökumət Müdafiə Nazirliyinin hesabatının bu bölməsini təqdim etməklə ictimaiyyəti çaşdırır, bircə onu deyim ki, bu göstəricilərin ətraflı öyrənilməsi məndə böyük təşviş və narahatlıq yaratdı”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət  


Bizi "telegram"da izləyin