“Yeni fransız silahlarının bizdə qalan sistemlərlə ahəngdar şəkildə necə işləyəcəyini başa düşməliyik” - Abrahamyan

2023/04/4fbe4-1680327938.jpg
Oxunub: 219     17:43     02 Mart 2024    
“Bunlar, əlbəttə, müasir silahlardır, problem ondadır ki, biz yeni fransız silahlarının bizdə qalan sistemlərlə ahəngdar şəkildə necə işləyəcəyini başa düşməliyik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan jurnalistlərlə açıqlamasında deyib.

Onun sözlərinə görə, radarlar və hava hücumundan müdafiə sistemləri əsasən müxtəlif situasiyalarda bir-birinə bağlıdır, tandem şəklində işləmək hər hansı bir formada effektivliyi təmin etməyə bilər.

“Odur ki, yeni silahların digər sistemlərlə necə ahəngdar işləyəcəyini anlamaq lazımdır. Azərbaycan Fransadan gələn siyasi bəyanatlara və Fransadan gətirilən silahlarla bağlı məlumatlara kifayət qədər kəskin reaksiya verir”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin