ABŞ-nin B-52 bombardmançı təyyarəsinin mühərrikində yanğın baş verib

2024/03/2024--1709270734.jpg
Oxunub: 186     20:24     01 Mart 2024    
ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus B-52H bombardmançı təyyarəsi bu yaxınlarda Şimali Dakotadakı “Minot” aviabazasına 8ədəd TF33 mühərrikindən birində baş verən yanğınla əlaqədar təcili eniş edib.

Ordu.az xəbər verir ki, yanğın yerdə uğurla söndürülüb və qəza nəticəsində təyyarədə olan ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Təyyarəyə dəyən zərərin tam həcmi məlum deyil.

ABŞ HHQ-nin qeyri-rəsmi “amn/nco/snco” “Facebook” səhifəsində ötən həftə baş vermiş qəzaya aid bir fotoşəkil B-52-nin dörd mühərrik bölməsindən birinə ciddi ziyan dəydiyini göstərir.

Kapsuladakı iki mühərrikdən birini əhatə edən örtük ya çıxarılıb, ya da yanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-52  


Bizi "telegram"da izləyin