Çin öz “Starlink”ini qurur

2024/03/2024--1709270656.jpg
Oxunub: 207     20:45     02 Mart 2024    
Çin ötən il 67 kommersiya raketi buraxaraq, ABŞ-nin 116 ədədlik buraxılışından sonra ikinci yeri tutub.

Ordu.az xəbər verir ki, lakin İlon Mask rabitə, naviqasiya və zondlama üçün kosmos əsaslı şəbəkə quran yeganə şəxs deyil.

Noyabrın 23-də “Xichang” Peyk Buraxılış Mərkəzindən orbitə buraxılan bir qrup peyk Çinin “Starlink”ə bənzər xidmətinin əsasını qoymağı hədəfləyir.

Ukraynadakı münaqişə düşmənin hərəkəti və ya əlverişsiz coğrafiya nəticəsində yaranan rabitə boşluqlarını doldurmaq üçün peyk internetinin faydalılığını nümayiş etdirib.

Ukrayna qüvvələri Rusiyanın siqnal qarışdırıcılarının öhdəsindən gəlmək və Rusiyanı Ukrayna sahillərindən geri itələyən dəniz Pilotsuz Uçuş Aparatları (PUA) da daxil olmaqla silahları yönləndirmək üçün “Starlink” cihazlarına etibar edirlər.

Ötən il Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov deyib ki, tamamilə bütün cəbhə xəttləri bunlardan istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Starlink  


Bizi "telegram"da izləyin