İranın silah ixracı son 11 ayda 40 faiz artıb

2024/03/2024--1709270584.jpg
Oxunub: 240     19:21     01 Mart 2024    
ABŞ Tehranı Rusiyaya 400 ballistik raket göndərməkdə ittiham etdiyi bir vaxtda İranın Müdafiə Nazirliyi 11 ay ərzində silah ixracının 40 faiz artdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, milli xəbər agentliyi “Tasnim” nazirliyin sözçüsü Reza Talaei-Nikə istinadən ölkənin silah ixracının həm “kəmiyyət, həm də keyfiyyət baxımından” artdığını bildirib.

Lakin İran Müdafiə Nazirliyinin sözçüsü ixrac edilən silah növlərini açıqlamayıb.

Ötən ilin oktyabrında, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) İrana qarşı silah embarqosundan on ildən artıq müddətdən sonra Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci il nüvə sazişinin bir hissəsi ləğv edilib.

Bu razılaşma İranın nüvə proqramının qarşısını almaq məqsədi daşıyırdı.

Silah embarqosunun qaldırılması ilə İran artıq 300 km və ya daha çox mənzilli ballistik raketləri və pilotsuz uçuş aparatlarını idxal və ixrac edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tehran   Rusiya  


Bizi "telegram"da izləyin