Türkiyənin “Qırmızı kitabı” yenilənir

2024/03/2024--1709270417.jpg
Oxunub: 613     13:44     01 Mart 2024    
Türkiyədə dövlətin “gizli konstitusiyası” kimi təqdim edilən və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi istiqamətində işlərə başlanılıb.

Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi Milli Təhlükəsizlik Siyasəti Sənədini yeniləmək üçün hərəkətə keçib.

Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi ilə bağlı nazirliklərdən və aidiyyəti qurumlardan rəylər alınmağa başlayıb.

Araşdırmalardan sonra məsələnin aprelin əvvəlində Ərdoğanın sədrliyi ilə keçirilməsi planlaşdırılan Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.

Məzmuna görə Milli Təhlükəsizlik Siyasəti Sənədi dövlətin daxili və xarici təhlükə qavrayışlarını maddə-maddə üzə çıxaran sənəddir.

Sənəd Milli Təhlükəsizlik Şurasının iclaslarında təhdid dəyişikliklərinə uyğun olaraq vaxtaşırı yenilənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qırmızıkitabı  


Bizi "telegram"da izləyin