Qırmızı dənizdə “Aspides” əməliyyatında iştirak edən alman “Hessen” freqatı ilk PUA-nı vurub

2024/03/F221--1709270302.jpg
Oxunub: 183     18:17     01 Mart 2024    
ABŞ Mərkəzi Komandanlığı bir müddət əvvəl Koalisiya Dəniz Qüvvələrinə qatılan Almaniyanın “Sachsen” sinfinə məxsus “Hessen” freqatının (F-221) və ABŞ hərbi təyyarələrinin “Aspides” əməliyyatı çərçivəsində husilərə məxsus ən azı 5 kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış “Aspides” (Qalxan) əməliyyatı Qırmızı dənizin cənubunda yerləşdirilib.

Almaniyanın “Sachsen” sinfinə məxsus “Hessen” freqatı Yəməndən gələn hücumun qarşısını alaraq, “Aspides” əməliyyatında iştirak edən gəmilər arasında kamikadze PUA-sını vuran ilk gəmi olub.

Alman mətbuatında yer alan xəbərlərə görə, alman freqatının səhvən ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) aid MQ-9 “Reaper” PUA-sına kilidləndiyi və gəmidən atılan 2 SM-2 raketinin nasazlıq göstərərək, okeana düşdüyü də iddia edilib.

Aİ Qırmızı dənizdə husilərin hücumlarının qarşısını almaq üçün Fransa, Almaniya, İtaliya, Belçika və Yunanıstanın hərbi dəniz əməliyyatında iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırmızı-dəniz   Aspides  


Bizi "telegram"da izləyin