Yunanıstan HYDRA freqatını Qırmızı dənizə göndərir

2024/03/YDRA-1709270240.jpg
Oxunub: 130     16:15     01 Mart 2024    
Yunanıstanın müdafiə naziri Nikos Dendias Yunanıstanın HYDRA adlı freqatla Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki “Aspides” missiyasına qatılacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, “X” sosial media platformasında verdiyi açıqlamada Dendias Yunanıstan Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus HYDRA freqatına səfərindən fotoları paylaşıb.

Dendias HYDRA-nın Qırmızı dənizdəki “Aspides” missiyasında iştirak edəcəyini bildirib.

Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis da verdiyi yazılı açıqlamada Baş nazir Kiriakos Mitsotakisin sədrliyi ilə keçirilən KYSEA-nın toplantısında müdafiə naziri Dendiasın təklifi ilə Yunanıstanın Qırmızı dənizdə naviqasiya azadlığını qorumaq üçün “Aspides” missiyasına qatılmasına qərar verildiyini qeyd edib.

Almaniya istehsalı olan MEKO 200 tipli freqat olan HYDRA 1992-ci ildə Yunanıstan HDQ-də xidmətə daxil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HYDRA  


Bizi "telegram"da izləyin