“Hraparak”: Alen Simonyanla Nikol Paşinyan arasında “buzlar əriyir”?

2024/02/1709192037.jpg
Oxunub: 157     17:15     01 Mart 2024    
Ermənistan parlamentinin sədri Alen Simonyanla ölkənin Baş naziri Nikol Paşinyan arasında münasibətlər sanki qaydasına düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistan parlamentinin sədrinin qardaşının həyat yoldaşı ilə bağlı cinayət işi hekayəsindən sonra “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri bildiriblər ki, Simonyan sanki özünü komandadan təcrid edib, partiya toplantılarında iştirak etməyib, Paşinyanın apardığı partiyanın idarə heyətinin bir neçə iclasında iştirak etməyib.

“Ötən gün isə Simonyan qapalı iclasda iştirak edib, hətta zarafat da edib. Mənbələrimiz onu da bildirir ki, məlum əhvalatdan sonra Paşinyan dəfələrlə Simonyanı inandırmağa çalışıb ki, ona qarşı qəsdən heç bir iş görülməyib, buna görə də əksini iddia edənlərə inanmamalıdır, onu sevir və hörmət edir, Kyaramyanın hərəkətləri ona qarşı olmayıb və s. Mənbələrimiz deyir ki, Alen Simonyanın arxasından partiya üzvləri onun sadəlövhlüyünə gülür, Paşinyanın hiyləgərliyinə təəccüblənirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alen-Simonyan   Nikol-Paşinyan  


Bizi "telegram"da izləyin