Erməni ekspert: “Statusun dəyişməsi həm Rusiya, həm İran, həm də Qərb bloku üçün problemlidir”

2024/02/1709110012.jpg
Oxunub: 251     17:45     04 Mart 2024    
“Aİ-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində bir illik fəaliyyəti zamanı hər hansı insident, toqquşma baş vermədiyini desək, sadəcə olaraq özümüzü və oxucularımızı aldadarıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.

Onun sözlərinə görə, burada görünən və görünməyən proseslər var, ola bilsin ki, missiyanın fəaliyyəti müəyyən dərəcədə çəkindirici mexanizm olub, amma bütün bunlar həm də paralel Ermənistan-Azərbaycan danışıqları və razılaşmaları kontekstində nəzərdən keçirilməli və təhlil edilməlidir.

Xaçatryan qeyd edib ki, Zəngəzur mühüm amildir.

“Statusun istənilən dəyişməsi hətta həm Rusiya, həm İran, həm də Qərb blokunun ayrı-ayrı oyunçuları üçün də problemlidir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Qərb  


Bizi "telegram"da izləyin