Berlin danışıqları nə vəd edir? – Ermənistan işğal faktını qəbul etməlidir

2024/02/1709103052.jpg
Oxunub: 325     10:57     28 Fevral 2024    
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində keçiriləcək. Görüş Almaniya kansleri Şoltsun rəhbərlik etdiyi üçtərəfli görüşdə əldə olunan Münhen razılaşmasına əsasən keçiriləcək.

Ermənistan XİN rəhbərinin jurnalistlərlə görüşlərində mütəmadi olaraq problem yaradan bəyanatlar verdiyi nəzərə alsaq, arxa planda Fransanın aktivliyini müşahidə etsək, onların nəyi müzakirə edəcəkləri sualı ortaya çıxır. Prezident İlham Əliyev növbəti dəfə Fransanı nəzərdə tutaraq bildirib: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Baş verənlər fonunda Berlində nə müzakirə olunacaq və bu müzakirələr nə dərəcədə uğurlu ola bilər? Bunsuz hər hansı bir real sülh prosesi ola bilməz. Sülhün ən mühüm ilkin şərti Ermənistanın işğal faktını qəbul etməsi və bu siyasətdən hüquqi olaraq imtina etməsini göstərən proseslərə start verməsidir.

Lakin hər iki halda bunun baş vermədiyi göz qabağındadır. Bu, ən azından sual yaradır ki, əgər Birləşmiş Ştatların obyektiv və subyektiv səbəblərlə praktik olaraq aktiv vasitəçilik səyindən imtina etdiyi, Fransanın xüsusi taktika qəbul edərək hərbi dəstək göstərmək yolunu seçdiyi, Rusiyanın tamamilə Ukraynaya mərkəzləşdiyi, Britaniyanın bütün bunlara “yuxarıdan” baxmağa çalışdığı və İranın hələ Münhendən əvvəl regiondankənar aktorların möhkəmlənməsi perspektivi ilə bağlı öz narazılığını bildirdiyi aydındırsa, son Berlin danışıqları nə vəd edə bilər?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin