Erməni hərbi ekspert: “Paşinyanın KTMT ilə bağlı bəyanatı Ermənistan dövlətçiliyinə qarşı ən böyük sui-qəsd idi”

2024/02/1709099996.jpg
Oxunub: 242     20:17     04 Mart 2024    
“Nikol Paşinyanın KTMT-yə üzvlüyün dondurulması barədə bəyanatı və ümumilikdə müsahibəsi Ermənistan dövlətçiliyinə qarşı ən böyük sui-qəsd idi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti həmişə KTMT-dən çıxmaq yolunu tutub.

“Hakimiyyət ən pis addımı KTMT-nin baş katibi Yuri Xaçaturovun qondarma ittihamlarla geri çağırılması ilə atıb. Bu, təkcə nüfuzu olan hərbçiyə deyil, həm də KTMT-yə hörmətsizlik idi”, - deyə Camalyan qeyd edib.

Camalyan bildirib ki, Nikol Paşinyanın bəyanatı vəziyyəti gərginləşdirən təxribatdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin