“Təsəvvür etmək çətindir ki, rusların əvəzinə fransızlar gələcəklər və Qarabağı işğal edəcəklər” - İskəndəryan

2018/06/7567_1530102382.jpg
Oxunub: 260     12:52     28 Fevral 2024    
“Əslində KTMT ilə münasibətlər illərdir dondurulub və yerlərdə Ermənistan-KTMT əməkdaşlığı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Qafqaz İnstitutu”nun direktoru, erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, Ermənistan-KTMT münasibətləri 2020-ci ildən dondurulub, lakin bu, KTMT-dən çıxmaq demək deyil, sadəcə olaraq mövcud böhranın qeydidir.

Mümkün təhlükəsizlik sistemlərinin variantlarına gəlincə, erməni politoloq təhlükəsizlik baxımından Qərbdə alternativin olmadığını vurğulayıb.

“Təsəvvür etmək çətindir ki, Rusiya sülhməramlılarının əvəzinə fransızlar gələcəklər və Qarabağı işğal edəcəklər”, - deyə İskəndəryan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin