“Ölkəni nə qədər sevməməlisən ki, onu Qərb, Türkiyə, Rusiya və İran arasında poliqona çevirəsən?” - Şarmazanov

2024/02/1709098676.jpg
Oxunub: 136     12:18     28 Fevral 2024    
“Ermənistanın çox mühüm tarixi dönəmdə olduğunu heç də bütün siyasi aktyorlar dərk etmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü, Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın kürəyini açıb, onu daxildən partladır.

“Görünən odur ki, Qərbin dəqiq məqsədi var: Rusiyanın Cənubi Qafqaz regionundan çıxarılması, təsirinin neytrallaşdırılması, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması. Nikol Paşinyana Qərb dairələri tərəfindən Ermənistanı Ukraynaya çevirmək, Rusiyaya qarşı 2-ci cəbhə açmaq, bunun müqabilində xaricdə həyatından zövq almaq üçün təhlükəsizlik zəmanəti alması əmri verilib. Ölkəni nə qədər sevməməlisən ki, onu Qərb, Türkiyə, Rusiya və İran arasında poliqona çevirəsən?”, - deyə Şarmazanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Türkiyə   Rusiya   İran  


Bizi "telegram"da izləyin