“Anka” PUA-sında üçün kritik hədd... İstehsal sayı 100-ü keçdi

2024/02/TUSA8-3418196262.jpg
Oxunub: 297     18:13     28 Fevral 2024    
2024-cü il fevarlın 21-də Milli Döyüş Təyyarəsi “Kaan”ı səmaya çıxararaq böyük uğur qazanan TUSAŞ insansız sistemlərdə istehsalını davam etdirir.

Ordu.az xəbər verir ki, bu çərçivədə şirkətin PUA sahəsində inkişafında əsas rol oynayan “Anka” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsal sayı 100-ü keçib.

İstehsalı başa çatan 102-ci “Anka” Türkiyə daxili işlər naziri Əli Yerlikayanın fevralın 26-da TUSAŞ-ı ziyarət etməsi zamanı görüntülənib.

Hazırda Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən çoxlu sayda istifadə edilən “Anka” ailəsinin (Anka-B/S/I/+) ixrac fəaliyyəti fasiləsiz davam edir.

Tunis, Qazaxıstan və Malayziya kimi ölkələrə ixrac edilən “Anka”nın 2024-cü ildə digər ölkələrə də ixracı gözlənilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka   PUA  


Bizi "telegram"da izləyin