Latviya Rusiya vətəndaşlarının ölkəyə giriş məhdudiyyətlərinin müddətini uzadıb

2024/02/1709097226.jpg
Oxunub: 152     09:13     28 Fevral 2024    
Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.

Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün səyahət etdikləri təqdirdə Şengen zonasına girişini bağlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Rusiya  


Bizi "telegram"da izləyin