Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

2024/02/b1f49-1709096750.jpg
Oxunub: 90     04:21     28 Fevral 2024    
Fransanın paytaxtı Parisdə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub.

Ordu.az bildirir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi keçirilmiş anım tədbirində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Cəmilağa Ağayev, fransalı vəkillər, professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qonaqlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək dinc əhaliyə qarşı törədilmiş ən qəddar etnik zorakılıq aktlarından biri olduğunu, müxtəlif ölkələr və parlamentlər Xocalı faciəsini pisləyərək, onu soyqırımı kimi tanıyan qətnamələr qəbul etdiklərini xüsusi qeyd edib.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov Birinci Qarabağ müharibəsi haqqında məlumat verib, müharibədə əsir götürülən azərbaycanlı hərbçilərin və eyni zamanda mülki şəxslərin Şuşa türməsində erməni vəhşiliyi ilə üzləşdiklərindən danışıb.

Tədbirdə çıxış edən fransalı jurnalist Jan Mişel Brən Şuşaya səfəri, bu mövzuda yazdığı kitabı haqqında bilgiləndirib.

Tədbirdə həmçinin Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə hazırlanmış Xocalı soyqırımına həsr edilmiş iki videoçarx nümayiş olunub.

Videoçarxların müəllifi fotoqraf Maya Bağırovadır. Musiqisini Fransada yaşayan azərbaycanlı pianoçu və bəstəkar Ağarəhim Quliyev bəstələyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   Xocalı-soyqırım  


Bizi "telegram"da izləyin