Zelenski Albaniyada səfərdədir

2024/02/1709096599.jpg
Oxunub: 102     03:58     28 Fevral 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın paytaxtı Tiranada səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə Balkan ölkəsinin xarici işlər naziri İqli Hasani sosial şəbəkədə bildirib.

“Prezident Zelenskini Tiranada salamlamaq böyük şərəfdir. Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə Ukrayna ilə ikitərəfli əlaqələri və həmrəyliyi gücləndirmək üçün vacib andır”, – diplomat dövlət başçısı ilə şəklini paylaşaraq qeyd edib.

Xatırladaq ki, daha öncə Ukrayna Prezidentinin Ofisi ölkə başçısının Albaniyaya səfərinin anonsunu verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Albaniya  


Bizi "telegram"da izləyin