BMT Rusiya-Ukrayna müharibəsini gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb

2024/02/1709096488.jpg
Oxunub: 101     02:43     28 Fevral 2024    
BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

“Münaqişə başlayandan bəri biz vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır", - deyə S.Düjarrik vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. Eyni zamanda, o, hazırda bu məsələ ilə bağlı Avropa ölkələri arasında konsensusun olmadığını vurğulamışdı.

Bundan sonra Böyük Britaniya, Almaniya, Macarıstan, Polşa, Avstriya və bəzi digər Avropa ölkələrinin liderləri, həmçinin NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynaya hərbi personal göndərmək planları yoxdur.

Ağ Ev, həmçinin əmin edib ki, Ukraynada ABŞ-ın hərbi mövcudluğu olmayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin