Misir Prezidenti ordu komandanlığı ilə bölgədəki hadisələrin milli təhlükəsizliyə təsirini müzakirə edib

2022/06/1656586858.jpg
Oxunub: 159     00:14     28 Fevral 2024    
Misir Prezidenti Əbdülfəttah əl-Sisi Müdafiə Nazirliyinin rəhbərliyi və Misir ordusunun ali komandanlığı ilə regiondakı vəziyyət və bunun Misirin milli təhlükəsizliyinə təsiri ilə bağlı müşavirə keçirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi nümayəndəsi Əhməd Fəhmi bildirib.

“Misir Prezidenti müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və bəzi hərbi hissələrin komandirləri ilə görüş keçirib”, – Fəhmi feysbukda bildirib.

O qeyd edib ki, əl-Sisi görüşdə iştirak edən hərbi liderlərlə “regional və beynəlxalq hadisələrdə dəyişikliklər, onların Misirin milli təhlükəsizliyinə təsiri və nəticələrini” müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Prezident   Ordu  


Bizi "telegram"da izləyin