Fransanın müdafiə naziri: "Makron Ukraynaya qoşun göndərməkdən danışmayıb"

2024/02/1708671675.jpg
Oxunub: 229     22:15     27 Fevral 2024    
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornü söyləyib.

“Bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil”, – o qeyd edib.

Nazir bildirib ki, bazar ertəsi Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması.

Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Makron   Ukrayna  


Bizi "telegram"da izləyin