“Siper” Sistemi üçün “Siper Ürün-3” raketinin hazırlanacağı açıqlanıb

2024/02/SIPER-1709035388.jpg
Oxunub: 245     18:56     27 Fevral 2024    
Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirdiyi ilk uzun mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Siper”in bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması planlaşdırılır.

Ordu.az xəbər verir ki, hazırda qəbul işləri davam edən “Siper” ilk mərhələdə 100 kilometr mənzilli “Siper Ürün-1” raketi ilə inventara daxil olacaq.

Digər tərəfdən, 150 kilometr mənzilli “Siper Ürün-2” raketi üçün inkişaf işləri davam edir. İlk atışı uğurla tamamlanan “Siper Ürün-2” raketinin 2025-ci ildə xidmətə daxil olacağı gözlənilir.

Digər tərəfdən, “Siper” Sistemi üçün “Siper Ürün-3” raketinin hazırlanacağı açıqlanıb.

Məsələ ilə bağlı ASELSAN-ın baş direktoru Ahmet Akyol açıqlama verib.

“Siper” ilə uzun mənzilli, yüksək hündürlükdə HHM-in inventara əlavə olunmasını təmin edəcəyik. Türkiyə ASELSAN, TÜBİTAK, ROKETSAN və minlərlə kiçik və orta bizneslərin töhfələri ilə bu səviyyəyə çatıb. Dövlətimizin rəhbərliyi ilə 2024-cü ildə ucdan-uca HHM təbəqəsini tamamlayacağıq. “Siper Blok-2” və “Siper Blok-3” var. Hibrid HHM dediyimiz “Gürz” sistemimiz var. Biz orada da mühüm mərhələlərdən keçmişik. Bu, platformadan qəlpəli sursatların və qısa mənzilli tutucu raketlərin atılması kimi müxtəlif ssenarilərlə eyni vaxtda məşğul ola bilmək kimi bir neçə qabiliyyəti birləşdirən sistemdir. Bu anlayışla deyə bilərəm ki, HHM sahəsində əhəmiyyətli inkişaflar ili olacaq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Siper   Ürün-3   Türkiyə  


Bizi "telegram"da izləyin