Sarkisyanın fiqurları ermənilərdə anti-Rusiya toxumları səpir? – BAXIŞ BUCAĞI

2021/04/456-1619511599.jpg
Oxunub: 168     16:51     27 Fevral 2024    
“Belə bir şey görmüsünüzmü ki, Rusiya Paşinyana qarşı Ermənistanda hakimiyyət dəyişikliyinə sponsorluq etsin?” sualına Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan cavab verib ki, fərziyyələr əsasında Rusiyanın “Nikolu hakimiyyətə gətirməyə və hakimiyyətdə saxlamağa da töhfə verdiyi” nəticəsinə gələ bilər.

Ancaq erməni müxalifətçinin əlində heç bir faktı “yoxdur” ki, Rusiyanın müxalifətə və ya hansısa müxalif qüvvəyə kömək etdiyini, hətta “Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirmək üçün belə bir təklif irəli sürdüyünü” desin. Mayakovskidən nümunə götürərək, Rusiya deyirik, Putin başa düşürük. Belə çıxır ki, Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublikaçılar Partiyasının əsas simalarından biri Artak Zakaryan sadəcə olaraq Paşinyanın hakimiyyətə gətirilməsi və hakimiyyətdə saxlanmasına Vladimir Putinin də töhfə verdiyini deyir.

Ermənistanın üçüncü prezidenti, Respublikaçılar Partiyasının lideri Serj Sarkisyan bu yaxınlarda bəyan edib ki, o, Baş nazir postuna can atmayıb, guya Ermənistanı və erməni xalqını təhdid edən fəlakətin qarşısını almaq üçün bu addımı atıb. Beləliklə, Artak Zakaryanın fərziyyələrə əsaslanan qənaətindən belə çıxır ki, 2018-ci ildə Ermənistanı və erməni xalqını təhdid edən fəlakətin qarşısının alınmasında Serj Sarkisyanın Rusiyadan və Rusiya Prezidenti Vladimir Putindən dəstəyi olmayıb.

Son günlərdə Ermənistanda institusional müxalifətə yaxın dairələrdən belə bir məlumat yayılıb ki, qırx dörd günlük müharibədən təxminən bir ay əvvəl Ermənistan öz ərazisində KTMT hərbi təlimlərinin keçirilməsi və əlavə rus qoşunlarının yeridilməsi ilə bağlı yazılı təklif alsa da, bundan imtina edib. “Ermənistanı və erməni xalqını təhdid edən fəlakətin qarşısını almaq” məqsədi güdməyən Rusiya ən azından 2018-ci ilin aprelində Serj Sarkisyanın “rədd edilməsi”nə töhfə verməyə bilərdisə, niyə Ermənistana əlavə qoşunlar yeritmək və beləliklə müharibənin qarşısını almaq məqsədi güdməli idi?

Erməni müxalifətçi şişirtməyə yol verə bilər, lakin konkret vəziyyətdə, siyasi və ekspert ictimaiyyətinin çox mühüm hissəsi Paşinyanı KTMT və Rusiya ilə münasibətləri “son nəticədə korladığına” görə kəskin tənqid edəndə, Sarkisyanın əsas fiqurlarından olan keçmiş müdafiə nazirinin müavininin Paşinyanın hakimiyyətə gəlməsinə və hakimiyyətdə qalmasına Rusiyanın da töhfə verdiyi qənaəti tamam başqa məna alır.

O, erməni ictimaiyyətinə hansı mesajı ötürməyə çalışır? Sanki, intriqa bundadır. Çünki Rusiyanın ən azından “Ermənistanın və erməni xalqının başına fəlakətin gəlməsinin qarşısını almadığını, fəlakətin qarşısını almaq əzmi ilə Baş nazir postunu tutan Serj Sarkisyanı dəstəkləmədiyini” söyləmək, lakin Ermənistanın xilasının KTMT və Rusiya ilə eyni təhlükəsizlik mühitində qalmaq olduğunu iddia etmək heç bir izahata malik deyil.

Belə çıxır ki, bununla da Paşinyanın oriyentasiyaya yenidən baxılması və təhlükəsizlik mühitinin şaxələndirilməsi ilə bağlı çıxışı erməni müxalif dairələrində də tələb olunan kimi qəbul edilir. Maraqlıdır, bu gün Ermənistan müxalifətində çıxış edən Serj Sarkisyanın və fiqurlarının gəldiyi nəticə Rusiyanın lehinədir, yoxsa əleyhinə?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Böhran  


Bizi "telegram"da izləyin