İsveçin Baş naziri: "Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər"

2023/12/1703566892.jpg
Oxunub: 126     11:59     27 Fevral 2024    
Bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil.

Ordu.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Kristersson Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbçi göndərilməsi fikri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İsveçin Ukraynaya qoşun göndərməsi hazırda heç də uyğun zaman deyil.

Baş nazir Kristersson deyib ki, Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər.

"Əgər bir ölkə dünyanın başqa yerinə qoşun göndərmək istəyirsə, bu, NATO-ya təsir etmir. Fransanın ənənəsi İsveç ənənəsi deyil", - o bildirib.

Xatırladaq ki, fevralın 26-da Makron ev sahibliyi etdiyi Ukrayna ilə müttəfiq 20-yə yaxın ölkə ilə görüşdən sonra bildirib ki, hazırkı mərhələdə quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur. "Lakin heç nə istisna edilməməlidir", - Makron əlavə edib. O deyib ki, "Rusiyanın qalib gəlməməsi üçün əlimizdən gələni edəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin