MDB XİN Şurasının iclasının keçiriləcəyi yer və vaxt məlum olub

2024/02/186a5-1708780179.jpg
Oxunub: 158     11:27     27 Fevral 2024    
Aprelin 12-də Minskdə MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçiriləcək.

Ordu.az Belarus KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.

“Ötən gün Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşdüm və artıq aprelin 12-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn iclasına hazırlığı əsaslı şəkildə müzakirə etdik”, - MDB-nin Baş katibi deyib.

Həmin iclasda müzakirə ediləcək əsas məsələlərdən biri MDB ölkələrinin beynəlxalq aləmdə qarşılıqlı fəaliyyəti olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   XİN  


Bizi "telegram"da izləyin