“Hraparak”: Kimlər Zelenskinin Ermənistana gözlənilən səfəri ilə bağlı sualı eşidərək sağa-sola qaçıb?

2024/02/image-1709018124.jpg
Oxunub: 160     11:50     27 Fevral 2024    
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının üzvləri ötən gün Zelenskinin Ermənistana gözlənilən səfəri ilə bağlı sualı eşidərək sağa-sola qaçırdılar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, fraksiya rəhbəri Hayk Koncoryan, Babken Tunyan, Nikol Paşinyanın himayədar ailəsindən olan Vahe Qalumyan çıxış etməkdən imtina ediblər, bütün məsələlər üzrə mütəxəssis olan Andranik Köçəryan belə danışmaqdan imtina edib.

“Mən bunu müsbət və ya mənfi qiymətləndirmək istəmirəm, axı, Ukrayna Prezidenti ölkənin seçilmiş lideridir və digər ölkələrin liderləri kimi, xüsusi qadağa olmasa, Ermənistana səfər edə bilər”, - deyə Tunyan bildirib. Qalumyan qeyd edib ki, səfər barədə hələlik rəsmi məlumat verilməyib: “Verilsə, danışarıq, amma ehtimallara münasibət bildirə bilmərəm”. Rusiya ilə müharibə vəziyyətində olan ölkə rəhbərinin səfəri onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirməyəcəkmi? Deputat Qaqik Melkonyanın fikrincə, İrəvan bundan narahat olmamalıdır: “Rusiyanın nə reaksiya verəcəyi bizi maraqlandırmır, bu onun işidir. Biz öz dövlətimizin mənafeyində maraqlıyıq, ölkəmizin maraqları bizə necə diktə edirsə, onu da rəhbər tutacağıq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ermənistan  


Bizi "telegram"da izləyin