NATO-nun yeni mətbuat katibi təyin olunub

2024/02/1709016065.jpg
Oxunub: 148     10:38     27 Fevral 2024    
NATO-nun yeni mətbuat katibi təyin olunub.

Ordu.az xəbər verir ki, Baş katib Yens Stoltenberq Böyük Britaniyadan olan Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü təyin edib.

"Mən Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Daha təhlükəli dünyada aydın və vaxtında ünsiyyət, media ilə əlaqə həmişəkindən daha vacibdir", - Stoltenberq deyib.

Fərəh Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və "AstraZeneca" şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb. O, 2010-cu ildən 2023-cü ilə qədər mətbuat katibi vəzifəsində çalışmış Oana Lunçeskunu əvəz edir. Yeni mətbuat katibi mart ayından etibarən fəaliyyətə başlayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Fərəh-Daxlallahı  


Bizi "telegram"da izləyin