Ərdoğan Türkiyənin F-35 döyüş təyyarəsi alması prosesinə “nöqtəli vergül” qoyub

2024/02/1709015728.jpg
Oxunub: 274     10:34     27 Fevral 2024    
Türkiyənin F-35 döyüş təyyarəsi alması ilə bağlı açıqlamalar verən ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan prosesə “nöqtəli vergül” qoyub.

Ordu.az xəbər verir ki, Ərdoğan əsas diqqətin F-16 olduğunu vurğulayıb.

Türkiyə Prezidentinin məsələ ilə bağlı verdiyi açıqlamada bu ifadələr yer alıb:

“İndiki planımızda biz F-35-dən çox F-16-ya diqqət yetirmişik. Bizə gələn senatorlarla görüşlərimizdə F-16-larla bağlı hansı addımları atacağımızdan danışdıq. Bu məsələdən başqa dostlarımızın həmsöhbətləri ilə müzakirələr, həm mənim xarici işlər nazirim, həm də ABŞ dövlət katibi ilə apardıqları müzakirələr var. Biz bunu izləyirik”.

Sözügedən açıqlamada Ərdoğanın F-35A “Lightning II” döyüş təyyarələri alınması ilə bağlı nöqtə olmasa da, “nöqtəli vergül” qoyduğu vurğulanır.

Qeyd edək ki, ABŞ 2018-ci ildə S-400 Hava və Raket Hücumundan Müdafiə Sisteminin tədarükü ilə əlaqədar Türkiyəyə F-35 qırıcı təyyarələrinin tədarükünü dayandırıb. Türkiyə üçün istehsal edilən 6 ədəd F-35A döyüş təyyarəsi o vaxtdan etibarən anbarlarda saxlanılır.

Digər tərəfdən, 2020-ci ildə ABŞ yenə S-400-ə istinad edərək, Türkiyə Müdafiə Sənayesi Komitəsinə CAATSA sanksiyaları tətbiq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   F-35  


Bizi "telegram"da izləyin