İƏT-in Baş katibi: Xocalıda törədilmiş vəhşiliklər insanlığa qarşı cinayətdir

2024/02/1709013085.jpg
Oxunub: 161     09:50     27 Fevral 2024    
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ordu.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.

İƏT-in Baş katibi həmçinin bir zamanlar işğal altında olmuş Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri hərbi, insanlığa qarşı cinayətlər və soyqırımı adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin