Nikol Paşinyan Yunanıstana işgüzar səfər edib

2024/02/53634-1708933479.jpg
Oxunub: 165     09:26     27 Fevral 2024    
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfər edib.

Ordu.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan feysbuk səhifəsində yayıb.

Bildirilib ki, Nikol Paşinyan planlaşdırılmış səfəri çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaroplu, Baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantin Tasulasla görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Yunanıstan  


Bizi "telegram"da izləyin